Modern.az

ABŞ “Vaqner”i terror təşkilatı kimi tanıya bilər

ABŞ “Vaqner”i terror təşkilatı kimi tanıya bilər

Dünya

30 Noyabr 2022, 00:49

ABŞ Rusiyanın "Vaqner" özəl hərbi şirkətini xarici terror təşkilatı kimi tanıya bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

 

Agentlik qeyd edir ki, bu yolla Vaşinqton hərbi şirkətin Ukraynada mövcudluğunu azaltmaq niyyətindədir. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Amerika prezidentinin administrasiyası hələlik bu məsələ ilə bağlı yekun qərar verməyib.

 

Əgər "Vaqner" Vaşinqton tərəfindən terror təşkilatı elan edilərsə, Birləşmiş Ştatlar onun üzvlərini mühakimə edə və bütün dünyada beynəlxalq aktivlərinə nəzarət edə biləcək.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu