Modern.az

Makron ABŞ-a gedib

Makron ABŞ-a gedib

Dünya

30 Noyabr 2022, 09:50

Fransa prezidenti Emmanuel Makron bu gün ABŞ-a rəsmi səfər edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron Vaşinqtonda prezident Co Baydenlə görüşəcək.
 

Makronu daşıyan təyyarə Vaşinqton yaxınlığındakı Endryus Birgə Bazasına enib. Fransa lideri ABŞ-ın paytaxtında iki gün qalacaq.
 

Daha əvvəl vurğulanmışdı ki, Ukrayna müharibəsi Makron və Baydenin danışıqlarının əsasını təşkil edəcək, İran və Çinlə bağlı problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, Fransa rəhbəri ABŞ-a səfəri zamanı amerikalı tərəfdaşını Avropa və Amerika şirkətləri arasında qeyri-bərabər rəqabətin qarşısını almağa inandırmaq niyyətindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu