Modern.az

Məmurlara “TikTok” qadağası qoyuldu

Məmurlara “TikTok” qadağası qoyuldu

Dünya

30 Noyabr 2022, 09:52

ABŞ-ın Cənubi Dakota ştatında Çin mənşəli sosial media platforması “TikTok”un istifadəsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olunub.

 

Modern.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Kristi Noem ictimaiyyətə məlumat verib.

 

Qərara əsasən, ştat daxilində dövlət qurumlarının işçilərinə xidməti elektron cihazlar vasitəsilə “TikTok”a daxil olmaq qadağan edilib.

 

Qubernator bu qərarı təhlükəsizlik məqsədləri ilə əsaslandırıb. Onun sözlərinə görə, “TikTok” Çin Kommunist Partiyası üçün informasiya toplanmasına və ələ keçirilən məlumatların bazaya ötürülməsinə xidmət edən vasitədir.

 

“Cənubi Dakota bizə nifrət edən dövlətlərin kəşfiyyat məlumatları toplaması əməliyyatlarının bir parçası ola bilməz”, - deyə Noem qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu