Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Niderlandın XİN başçısı Vopke Hoekstra ilə görüşüb.
Modern.az xəbər verir ki, Çavuşoğlu bu barədə tviter səhifəsində məlumat paylaşıb.
Görüş NATO XİN başçılarının Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən sammiti çərçivəsində baş tutub.
“Buxarestdəki ikinci günümüzə niderlandlı həmkarım Hoekstra ilə görüşərək başladıq”, - deyə nazir yazıb.
O qeyd edib ki, görüş zamanı Ukraynadakı hadisələrin inkişafı və NATO-nun genişlənməsi məsələləri müzakirə edilib.