Modern.az

“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox pul lazımdır” – Zelenski

“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox pul lazımdır” – Zelenski

30 Noyabr 2022, 12:38

Ukrayna prezidenti Volodimir Zelenski müharibədən sonra ölkənin bərpasından danışıb.

 

Modern.az xəbər verir ki, Zelenski “Ekspo-2030” sərgisinə videokonfrans vasitəsilə qatılıb. 

 

O, müharibə nəticəsində Ukraynaya böyük ziyan dəydiyini bildirib.

 

“Müharibədən sonra Ukraynanın bərpası üçün 1 trilyon ABŞ dollarından çox pul lazımdır”, - deyə Zelenski qeyd edib.

 

Ukrayna prezidenti onu da bildirib ki, Kiyevin müttəfiqləri bərpa prosesi ilə bağlı hazırlanacaq proqrama maraq göstərirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?