Modern.az

“Türkiyə ilə danışıqlarda irəliləyişlər var” - İsveçli nazir

“Türkiyə ilə danışıqlarda irəliləyişlər var” - İsveçli nazir

Dünya

30 Noyabr 2022, 14:30

İsveçin xarici işlər naziri Tobias Billstrom ölkəsinin NATO-ya üzvlük prosesinə dair Türkiyə ilə aparılan danışıqlar haqqında yeni məlumatlar açıqlayıb.

 

Modern.az xəbər verir ki, XİN başçısı bu barədə İsveçin “SVT” telekanalına müsahibəsi zamanı danışıb.

 

Nazirin sözlərinə görə, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Finlandiyanın XİN başçısı Pekka Haavisto ilə NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestdə keçirilən sammiti çərçivəsində aparılan müzakirələr faydalı keçib.

 

“Türkiyə ilə NATO-ya üzvlük mövzusunda aparılan danışıqlarda irəliləyişlər var. Bunu həmkarlarım da təsdiqlədi”, - deyə T.Billstrom qeyd edib.

 

Nazir həmçinin yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini açıqlayıb: “Səfər zamanı cənab Çavuşoğlu ilə görüşəcəyəm. Orada xeyli mövzunu müzakirə etmək imkanımız olacaq. Bu görüşü səbirsizliklə gözləyirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu