Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.
Modern.az xəbər verir ki, Çavuşoğlu bu barədə tviter səhifəsində paylaşım edib.
“Ukraynalı həmkarımla görüşdə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizin və atəşkəs üçün səylərimizin davam edəcəyini vurğuladıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, görüş NATO XİN başçılarının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sammiti çərçivəsində baş tutub.