Əfqanıstanın Səməngan əyalətində mədrəsədə partlayışda ölənlərin sayı 35-ə çatıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, daha 23 nəfərin yaralandığı açıqlanıb.
*****
14:26
Əfqanıstanın şimalında partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Samanqan əyalətində dini məktəbdə törədilən partlayış nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər yaralanıb.
Bildirilib ki, partlayış vilayətin inzibati mərkəzi Aybak şəhərində günorta namazı vaxtı baş verib.