Modern.az

Saakaşvili xaricə göndərilir?

Saakaşvili xaricə göndərilir?

Dünya

30 Noyabr 2022, 15:50

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə üçün xarici ölkəyə göndərilməyəcək.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

 

Kobaxidze deyib ki, bunun Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini diqqətə çatdıraraq, məsələnin siyasi müzakirələrin mövzusu olmadığını vurğulayıb.

 

Qeyd edək ki, Gürcüstanın həbs edilmiş sabiq prezidenti Mixail Saakaşvili uzun müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır. Saakaşvilinin yaxınları və tərəfdarları onun müalicə almaq üçün xarici ölkələrdən birinə göndərilməsini tələb edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu