Modern.az

İranda kəşfiyyat zabiti öldürüldü 

İranda kəşfiyyat zabiti öldürüldü 

Dünya

30 Noyabr 2022, 23:24

İranın cənub-qərbində yerləşən Sistan-Bəlucistan vilayətində kəşfiyyat zabiti öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

 

Kəşfiyyat zabiti Əhməd Salehinin Zabul şəhərində “vəzifəsini yerinə yetirərkən” öldürüldüyü bildirilir.

 

Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin öldürülməsindən sonra başlayan etirazlar 3 aya yaxındır davam edir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?