Modern.az

Ukraynaya verilən silahlar rusları öldürür - Lavrov

Ukraynaya verilən silahlar rusları öldürür - Lavrov

1 Dekabr 2022, 15:02

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Ukraynanın mülki infrastrukturunun Rusiya tərəfindən vurulmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, XİN başçısı bunun səbəbsiz olmadığını vurğulayıb.

 

Onun sözlərinə görə, bu addım Qərbin Ukraynanı silahla təmin etməsinə mane olur.

 

“Burada sirrli heç bir şey yoxdur. Ukrayna Silahlı Qüvvələrinin hərbi potensialını təmin edən infrastruktur yüksək dəqiqlikli silahlar vasitəsilə vurulur. Hansı ki, bu infrastruktur vasitəsilə Ukrayna ordusunun təmin edildiyi silahlar rusları öldürür”, - deyə Lavrov bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?