Modern.az

Paşinyan ABŞ-ın xüsusi nümayəndəsi ilə görüşdü

Paşinyan ABŞ-ın xüsusi nümayəndəsi ilə görüşdü

Dünya

1 Dekabr 2022, 16:42

ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Filip Riker Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş ABŞ diplomatının İrəvana səfəri çərçivəsində gerçəkləşdirilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri barədə danışıqlar, regional məsələlər, Ermənistan-ABŞ əlaqələri və digər məsələlər müzakirə predmeti olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu