Modern.az

Zelenski İlon Maskı qınadı: Gəl, öz gözlərinlə gör...

Zelenski İlon Maskı qınadı: Gəl, öz gözlərinlə gör...

Dünya

1 Dekabr 2022, 18:40

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder, "Tesla"nın sahibi İlon Maskı tənqid edib. 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski Maskın Ukrayna torpaqlarının Rusiyaya verilməsini nəzərdə tutan sülh planı təklifini qınayıb. 

 

O, iş adamını Ukraynaya dəvət edib:

 

"İlon Mask danışmamışdan əvvəl olanları öz gözləri ilə görsə, yaxşı olar. Ona görə də, onu Ukraynaya səfərə dəvət edirəm. Bundan sonra müharibənin nə vaxt və kim tərəfindən başladıldığını, nəhayət, ona necə son verməli olduğumuzu deyə biləcəksiniz".

 

Qeyd edək ki, Mask bir müddət əvvəl özünün tvitter səhifəsində Ukrayna-Rusiya müharibəsinin necə bitməsi ilə bağlı anket hazırlayıb. Anketdə aşağıdakı seçimlər təqdim edilib:

 

1. Rusiya-Ukrayna sülhü - BMT-nin nəzarəti altında ilhaq edilmiş ərazilərdə yenidən seçkilər keçirilsin. Xalq həqiqətən Rusiyanı istəsə ərazilər daha Ukraynanın olmayacaq.

 

2. Krım 1783-cü ildən (Xruşşovun səhvinə qədər) olduğu kimi, rəsmi olaraq Rusiyanın tərkibinə daxil olunsun. Eyni zamanda Krımın su təchizatı təmin edilsin. Ukrayna isə neytral qalmalıdır.

 

Zelenski təkliflərə cavab tviti atıb.

 

"Ukraynanı, yoxsa Rusiyanı dəstəkləyən İlon Maskı bəyənirsiz?",- deyə Prezident yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu