Modern.az

Ermənistan Macarıstanla barışır - Nazirlər razılığa gəldi

Ermənistan Macarıstanla barışır - Nazirlər razılığa gəldi

Dünya

1 Dekabr 2022, 21:15

Dekabrın 1-də Polşada baş tutan ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyanla Peter Siyarto arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər Ermənistan və Macarıstan arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar. 

 

Nazirlər münasibətlərin hazırkı mərhələsi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar Ermənistan-Macarıstan münasibətlərində yeni səhifə açmaq niyyətini ifadə edib və tam diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

 

Macarıstan məhkəməsinin 2006-cı ildə ömürlük həbs cəzasına məhkum etdiyi zabit Ramil Səfərov 2012-ci ildə Azərbaycana qaytarıldıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər kəsilmişdi.

 

Xatırladaq ki, Ramil Səfərov Azərbaycan bayrağını təhqir edən erməni zabiti 2004-cü ildə balta ilə vurub öldürmüşdü.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu