Modern.az

Rəqs videosu ilə bağlı sual Baş naziri özündən çıxardı

Rəqs videosu ilə bağlı sual Baş naziri özündən çıxardı

Dünya

2 Dekabr 2022, 13:20

Finlandiya baş naziri Sanna Marin Avstraliyaya səfəri  zamanı bu ölkənin ABC telekanalında qonaq olub.

 

Modern.az xəbər verir ki, o, Sarah Ferqyusonun suallarını cavablandırıb.

 

Ferqyusonun rəqs videosu ilə bağlı verdiyi sual xanım Baş naziri qəzəbləndirib.

 

Belə ki, Baş nazirin yayılmış rəqs videolarından söhbət açan Ferqyuson vaxtilə bu videoya çox adamın  qəzəbləndiyini xatırladıb. Ondan bu videolara verilən reaksiyaları necə izah etdiyini soruşub. Marin suala kinayə ilə "Qəzəb?", - deyə cavab verib.

 

Ferqyusonun bu reaksiyadan sonra sualı təkrarlaması Finlandiyanın xanım Baş naziri Sanna Marini əsəbləşdirib.

 

"Əslində, qəzəb yox idi. Görüntüləri çılğınlaşdıran daha çox jurnalistlər və media idi. İnsanlar mənə dəstək oldular. Küçələrdə məni saxlayıb "rəqs etməyə davam et", deyirdilər.  Biz siyasətçilər də insanıq. Mənim 37 yaşım var və hələ çox gəncəm.Yaşıma uyğun davranmaq istəyirəm. Dostlarımla görüşəcəm,rəqs edəcəm,boş vaxtım olsa, çölə çıxacam. Xatırladım ki, yayılmış videolar məhz yay tətili  zamanı çəkilib. Yenə deyirəm, məncə siyasətçilər də normal insanlardır. Ona görə də,  qorxunc nəyinsə baş verdiyini düşünmürəm", - deyə o cavab verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu