Modern.az

Türkiyədən ABŞ və Rusiyaya MESAJ - Buna imkan vermərik

Türkiyədən ABŞ və Rusiyaya MESAJ - Buna imkan vermərik

Dünya

2 Dekabr 2022, 14:24

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin terrorla mübarizə tədbirləri haqqında önəmli mesajlar verib.

 

Modern.az “TRT Haber”ə istinadən bildirir ki, Akar bu barədə Çanaqqala şəhərində çıxışı zamanı danışıb. 

 

“Tərəf müqabillərimizin – Rusiya, ABŞ və digər ölkələrin bizimlə razılaşmaları var. Buradakı sözlərə əməl etməli olduqlarını xatırladırıq”, - deyə o söyləyib.

 

“Terror dəhlizinin yaranmasına imkan vermədik, verməyəcəyik”, - nazir əlavə edib.

 

Hulusi Akar ölkəsinin Yunanıstanla münasibətlərinə də toxunub. Onun sözlərinə görə, bütün gərginliklərə baxmayaraq, problemlər dialoq yolu ilə həllini tapmalıdır:

 

“Bizim dialoq çağırışımız zəiflik deyil, qorxu deyil”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu