Modern.az

Avropa üçün çətin qış - Yeni miqrasiya böhranı qapıda

Avropa üçün çətin qış - Yeni miqrasiya böhranı qapıda

Dünya

3 Dekabr 2022, 14:02

Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber hesab edir ki, qış fəslində Avropaya, əsasən də Almaniyaya qaçqınların yeni dalğası gözlənilir.

 

Modern.az xəbər verir ki, Veber bu barədə “Welt am Sonntag” qəzetinə bildirib.

 

“Ukraynada enerji infrastrukturunun dağıdılması fonunda bu qış Avropa İttifaqına çoxlu sayda ukraynalı üz tutacaq və onların əksəriyyəti Almaniyaya gələcək. Biz buna hazırlaşmağa məcburuq”, - deyə alman siyasətçi bildirib.

 

O, insanların qaçışı baxımından dramatik qış yaşanacağından qorxduğunu dilə gətirib.

 

Veber onu da qeyd edib ki, Almaniya belə vəziyyətə hazır deyil və ölkə yeni miqrant böhranına doğru gedir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu