Modern.az

“Daha çox hücum gözləyirik” - Fələstin lideri

“Daha çox hücum gözləyirik” - Fələstin lideri

5 Dekabr 2022, 09:24

Fələstin lideri Mahmud Abbas İsraildə qurulan yeni hökumətə qarşı münasibətini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi olan “WAFA” məlumat yayıb.

 

Mahmud Abbasın sözlərinə görə, İsraildəki yeni hökumətdə qatı mövqedə olan siyasi qüvvələrin ən sərt olanları təmsil olunacaq.

 

“Buna görə hökumətin uğursuz olması üçün çalışmalıyıq. Bu hökumətdən daha çox pozuntu, daha çox hücum və daha çox cinayət gözləyirik”, - deyə Fələstin lideri söyləyib.

 

M.Abbas dünyada və bölgədə olan vəziyyətə də diqqət çəkib: “Dünyada və regionda baş verən dəyişikliklər nəticəsində olduqca çətin dönəmdən keçirik. Bu dövr hamımızın çiyin-çiyinə olmağımızı vacib edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?