Rusiyanın Ryazan şəhərində partlayış olub.
Modern.az “TASS”a istinadən xəbər verir ki, hadisə aerodrom ərazisində qeydə alınıb.
Belə ki, aerodromun aviasiya texnikası üçün nəzərdə tutulmuş dayanacağında partlayış hadisəsi baş verib. Nəticədə 3 nəfər həyatını itirib, daha 5 nəfər isə xəsarət alıb.
Hadisənin səbəbləri barədə məlumat verilməyib.