Modern.az

Yunanıstana qaçmağa çalışan terrorçu saxlanıldı

Yunanıstana qaçmağa çalışan terrorçu saxlanıldı

5 Dekabr 2022, 11:35

Türkiyədən qanunsuz yollarla Yunanıstana qaçmağa cəhd edən PKK terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin Yunanıstanla həmsərhəd olan Edirne vilayəti ərazisində qadağan olunmuş hərbi bölgədən keçməklə Yunanıstana qaçmağa çalışan şəxs jandarm qüvvələri tərəfindən tutulub.

 

Daha sonra məhkəmə qarşısına çıxarılan şübhəli şəxsin barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Onunla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?