Modern.az

Dağıstanda matəm elan olundu

Dağıstanda matəm elan olundu

Dünya

5 Dekabr 2022, 11:47

Rusiya Federasiyasının Dağıstan Respublikasında matəm elan edilib.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, matəm qərarı ötən gün dünyasını dəyişən Dağıstan Dövlət Şurasının fəxri sədri Məhəmmədəli Məhəmmədovun ölümü ilə bağlı verilib.

 

Bildirilib ki, respublika ərazisində bayraqlar yarıya qədər endiriləcək.

 

Qeyd edək ki, 1930-cu ildə Dağıstanda anadan olan M.Məhəmmədov 20 ilə yaxın Dağıstan Respublikasının rəhbərliyində təmsil olunub. Rusiya Federasiyasının əmək qəhrəmanı olan siyasətçi dünən 92 yaşında vəfat edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu