Modern.az

Son 1 ayda 103 terrorçu zərərsizləşdirilib - Türkiyə DİN

Son 1 ayda 103 terrorçu zərərsizləşdirilib - Türkiyə DİN

Dünya

5 Dekabr 2022, 11:58

Türkiyənin Daxili İşlər Nazirliyinin keçirdiyi müxtəlif əməliyyatlarla son 1 ayda 103 terrorçu məhv edilib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə DİN-in mətbuat xidmətinin rəhbəri İsmayıl Çataklı keçirdiyi mətbuat konfransında məlumat verib.

 

Onun sözlərinə görə, zərərsizləşdirilmiş terrorçuların 78-i PKK/KCK terror təşkilatına, 24-ü isə İŞİD-ə mənsub olan şəxslər olub.

 

Bundan sonra da terrorizmlə mübarizə tədbirlərinin davam etdiriləcəyi və terror təhdidlərinin qətiyyətlə qarşısının alınacağı diqqətə çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?