Gürcüstan parlamentinin deputatı, “Xalqın gücü” ictimai hərəkatının üzvü Dmitri Xundadze ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, D.Xundadze Saakaşvilinin səhhəti ilə bağlı spekulyasiya etdiyini söyləyib.
“Dəqiq diaqnoz və düzgün müalicə ilə bağlı prosedurları yerinə yetirmək və buna riayət etmək lazımdır. Saakaşvili isə səhhətini spekulyasiya predmetinə çevirib. Eks-prezident səhhəti ilə bağlı spekulyasiya etdiyi kimi onun siyasətdəki dostları da bunu edir”, - deyə deputat bildirib.
Qeyd edək ki, həbsdə olan Mixail Saakaşvilinin səhhəti qəfil pisləşib. Müayinələr və analizlər zamanı onun bədənində normadan artıq civə və ağır metallar olduğu aşkar edilib.