Modern.az

Rusiyanın PUA sənayesinə sanksiyalar tətbiq ediləcək

Rusiyanın PUA sənayesinə sanksiyalar tətbiq ediləcək

Dünya

5 Dekabr 2022, 18:17

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində pilotsuz uçuş aparatları (PUA) ilə bağlı məhdudiyyətlərin tətbiqi imkanlarını nəzərdən keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, yeni məhdudiyyətlər təklifi bu həftə rəsmən təqdim oluna və müzakirə edilə bilər. Avropa İttifaqı gələn həftə Avropa liderlərinin görüşü ərəfəsində sanksiyalar paketi ilə bağlı razılığa gəlməyi planlaşdırır.

 

Məlumat üçün bildirək ki, Ukraynada müharibənin başlamasından bu yana Avropa İttifaqı Rusiyaya qarşı səkkiz sanksiya paketi tətbiq edib. Son sanksiyalar paketi oktyabrın əvvəlində təsdiqlənib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu