Modern.az

Monqolustanda ETİRAZLAR - fövqəladə vəziyyət elan edildi

Monqolustanda ETİRAZLAR - fövqəladə vəziyyət elan edildi

Dünya

5 Dekabr 2022, 18:55

Monqolustanın paytaxtı Ulan-Batorda etiraz aksiyalarına görə fövqəladə vəziyyət elan edilib.

 

Modern.az xəbər verir ki, qərar parlament tərəfindən qəbul edilib.

 

Monqolustan parlamenti hökumətin Ulan-Batorda fövqəladə vəziyyət elan etmək təşəbbüsünü dəstəkləyib.

 

Qeyd edək ki, Ulan-Batorda 3 gündür etiraz aksiyaları keçirilir. Aksiyalar nəticəsində 4-ü hökumət sarayının təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla 6 nəfər yaralanıb.

 

Aksiyaların başlamasına səbəb daş kömürün oğurlanaraq Çinə tədarük edilməsi göstərilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu