Modern.az

Rusiyanın Ukraynanı qaranlığa qərq etmək PLANI

Rusiyanın Ukraynanı qaranlığa qərq etmək PLANI

Dünya

5 Dekabr 2022, 20:47

Bu gün Rusiya Ukraynanın üç regionunda enerji obyektlərinə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat yayıb.

 

O qeyd edib ki, Rusiya Ukraynanı yenidən qaranlığa və soyuğa qərq etməyə çalışıb, lakin hava hücumundan müdafiə sistemləri onların qarşısını alıb.

 

“Ölkənin enerji sistemi işləyir və toxunulmaz olaraq qalır. Kiyev, Vinnitsa, Odessa vilayətlərində elektrik obyektlərində qəzalar olub. Bəzi regionlarda enerji sisteminin işini nizamlamaq və qəzaların qarşısını almaq üçün fövqəladə dayandırmalar tətbiq etmək məcburiyyətində qalınıb", - deyə Şmiqal qeyd edib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski isə bəyan edib ki, hava hücumundan müdafiə qüvvələri Ukraynaya atılan raketlərin əksəriyyətini zərərsizləşdirib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu