Modern.az

Ukraynada ölən mülki şəxslərin sayı AÇIQLANDI 

Ukraynada ölən mülki şəxslərin sayı AÇIQLANDI 

Dünya

5 Dekabr 2022, 23:21

Fevralın 24-dən dekabrın 4-nə kimi Ukraynada 6702 mülki şəxs (424 uşaq) həlak olub. 

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

 

Bildirilir ki, Rusiya ordusunun Ukraynaya endirdiyi zərbələr nəticəsində 10479 nəfər (775 uşaq) yaralanıb.

 

Hesabatda həmçinin vurğulanıb ki, ölüm hallarının əksəriyyəti "geniş məhvetmə radiusuna malik partlayıcı" silahlarından istifadə nəticəsində qeydə alınıb. 

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?