Modern.az

Putin Qırğızıstana GEDİR

Putin Qırğızıstana GEDİR

Dünya

6 Dekabr 2022, 12:42

Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin Qırğızıstana səfər edəcək.

 

Modern.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “İnterfaks” agentliyinin əməkdaşının sualını cavablandırarkən bildirib.

 

Onun sözlərinə görə, səfər 9 dekabr tarixinə planlaşdırılıb.

 

Bildirilib ki, Rusiya dövlət başçısı Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün bu ölkəyə gedəcək. Onun səfər çərçivəsində müxtəlif görüşlər keçirməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan mətbuatında Putinin toplantıya qatılmayacağı barədə məlumatlar yayılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu