Modern.az

“Rüzgar əkənlər fırtına biçəcək” - Çavuşoğludan xəbərdarlıq

“Rüzgar əkənlər fırtına biçəcək” - Çavuşoğludan xəbərdarlıq

Dünya

6 Dekabr 2022, 13:52

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın Egey dənizindəki adalarda keçirdiyi hərbi təlimlərlə bağlı bu ölkəyə xəbərdarlıq edib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, nazir bu barədə rumıniyalı həmkarı Boqdan Auresku ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

 

“Yunanıstan bizim təhlükəsizliyimizə yönələn mənfi addımlar atır. Bizim buna qarşı səssiz qalmağımız mümkün deyil. Adaların silahsızlaşdırılmasının pozuntusundan vaz keçmək lazımdır. Yunanıstan ya geriyə addım atar, ya da biz lazım olanı edərik. Rüzgar əkənlər fırtına biçəcək”, - deyə Çavuşoğlu vurğulayıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu