Modern.az

Ukrayna ilə danışıqların perspektivini görmürük – Peskov

Ukrayna ilə danışıqların perspektivini görmürük – Peskov

Dünya

6 Dekabr 2022, 13:58

Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ölkəsinin Ukrayna ilə danışıqlar aparıb-aparmayacağı məsələsinə münasibət bildirib.

 

Modern.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Peskov bunun üçün perspektivlərin olmadığını deyib.

 

“Hazırda biz Ukrayna ilə danışıqların perspektivini görmürük. Vəziyyətin həlli üçün Rusiyanın apardığı xüsusi əməliyyatın (Rusiya tərəfi Ukrayna ilə müharibəni belə adlandırır) məqsədlərinə çatması vacibdir”, - deyə sözçü bəyan edib.

 

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumundan sonra başlayan müharibə davam etməkdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu