Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rumıniyalı həmkarı Boqdan Auresku arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, Çavuşoğlu bu barədə tviter səhifəsində yazıb.
Bildirilib ki, görüş zamanı Ukrayna məsələsi də müzakirə mövzusu olub.
"Dost və müttəfiq ölkə olan Rumıniyanın xarici işlər naziri, dostumuz Boqdan Aureskunu qarşıladıq. Başda Ukrayna məsələsi olmaqla, ikitərəfli əlaqələr və regional yenilikləri müzakirə etdik. Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası mexanizmin qurulması ilə bağlı razılığa gəldik. Ticarət hədəfimiz 15 milyad ABŞ dollarıdır", - deyə türkiyəli nazir vurğulayıb.
Qeyd edək ki, görüş Rumıniya XİN başçısının Türkiyəyə səfəri çərçivəsində baş tutub.