ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya mükafat təqdim edib.
Modern.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.
Məlumata görə, Y.Zelenskaya Corctaun İnstitutunun “The Hillary Rodham Clinton Awards” çərçivəsində ildə bir dəfə verilən mükafata layiq görülüb.
Mükafat qadınların dinc və təhlükəsiz dünyanın formalaşmasında rolunu qiymətləndirmək üçün təsis edilib. Yelena Zelenskayaya da bu sahədə olan fəaliyyətinə görə mükafat təqdim olunub.
Bildirilib ki, mükafatı videokonfrans formatında Hillari Klinton Ukraynanın birinci xanımına təqdim edib.