Ukrayna Rusiya ilə yeni əsir mübadiləsi aparıb. Budəfəki mübadilə zamanı daha 60 ukraynalı hərbçi vətənə qayıdıb.
Modern.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakın Telegram-da verdiyi məlumata görə, əsirlikdən qaytarılan hərbçilərin 15-i zabit, 45- isə sıravi əsgər və çavuşdur.
"Daha bir uğurlu əsir mübadiləsi apardıq. Ukrayna Silahlı Qüvvələri günündə Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin 60 əsgəri - 58 kişi və 2 qadın, 15 zabit və 45 sıravi əsgər-çavuş evinə qayıdır. Bu bayram günü ən gözəl xəbərdir, çünki qəhrəmanlar sağ olmalıdırlar”, - deyə o qeyd edib.
Yermakın sözlərinə görə, əsirlikdən qaytarılanlar 60 nəfərdən 43-ü Mariupol, 14-ü isə "Azov" müdafiəçiləridir. Onlardan bəziləri yaralıdır.
Mübadilə əsasında 60 rusiyalı əsir də qarşı qaytarılıb.
Dekabrın 1-də Rusiya əsirliyində olan 50 ukraynalı döyüşçü vətənə qayıtmışdı.
Noyabrın 23-də 35, noyabrın 24-də daha 50 ukraynalı hərbçir əsirlikdən geri qaytarılıb.
Noyabrın 26-da isə 12 ukraynalı Rusiyanın əsirliyindən azad edilib.