Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İşəgötürənlər Sindikatları Konfederasiyasının (TİSK) tədbirinə qatılıb.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı ölkəsinin inkişaf dinamikasından məmnunluğunu ifadə edib.
“Bu gün ölkə olaraq Balkanlardan Afrikaya, Orta Asiyadan Cənubi Asiyaya qədər geniş sahədə sözdə deyil, əməldə təsir sahibidir. İrrasional yox, gerçək əlaqələr qura bilən vəziyyətə gəldik. Ətrafımızda siyasi ve humanitar böhranlar yayıldığı halda, biz təhlükəsizlik və sabitlik içində gələcəyə baxırıq”, - deyə Türkiyə prezidenti söyləyib.