Modern.az

Türkiyə parlamentində dava: Deputat xəstəxanalıq oldu - VİDEO

Türkiyə parlamentində dava: Deputat xəstəxanalıq oldu - VİDEO

Dünya

6 Dekabr 2022, 16:46

Türkiyə parlamentində deputatlar arasında dava düşüb.

 

Modern.az "Hürriyet"ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin 2023-cü ilin dövlət büdcəsinə həsr olunan toplantısında qalmaqal yaşanıb.

 

Belə ki, iqtidarda olan AKP üzvü, Bursa millət vəkili Zafer İşık ilə müxalif İYİ Partiyanın Trabzonu təmsil edən deputatı Hüseyn Örs arasında əlbəyaxa dava olub.

 

Məlumata görə, hadisə zamanı xəsarət alan müxalifətçi deputat xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu