Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat Bursa şəhərində baş tutub.
Məlumata görə, Bursa prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlanılıb. Daha 1 nəfərin saxlanılması istiqamətində tədbirlər davam etdirlir.
Hazırda faktla bağlı araşdırmalar aparılır.