Modern.az

Polis şöbəsinə terror hücumu - 1 ölü, 8 yaralı

Polis şöbəsinə terror hücumu - 1 ölü, 8 yaralı

7 Dekabr 2022, 17:08

İndoneziyada terror aktı törədilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Bandunq şəhərində baş verib.

 

Belə ki, üzərinə bomba bağlayan şəxs motosikletlə yerli polis şöbəsinə hücum edib. Terrorçunun üzərindəki bombanı partlatması nəticəsində 1 polis əməkdaşı həyatını itirib.

 

Bundan əlavə, biri mülki şəxs olmaqla, daha 7 nəfərin isə xəsarət aldığı qeyd edilib. Yaralananlar xəstəxanaya çatdırılıb.

 

Hazırda terroru törədən şəxsin kimliyi və hadisənin motivləri ilə bağlı təhqiqatların davam etdiyi bildirilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu