Modern.az

Stoltenberq NATO Baş katibi vəzifəsində qalmaq istəmir 

Stoltenberq NATO Baş katibi vəzifəsində qalmaq istəmir 

Dünya

7 Dekabr 2022, 21:34

NATO-nun baş katibi Yens Stoltenberq mandatını uzatmaq niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Stoltenberq “Financial Times” qəzetinə müsahibəsində bildirib.

 

Stoltenberqin səlahiyyət müddəti oktyabrın 1-də bitməli idi, lakin Ukraynadakı hərbi əməliyyatlar fonunda onun mandatı daha 12 ay uzadılıb.

 

Jurnalist Stoltenberqdən onun səlahiyyət müddətinin növbəti dəfə uzadılmasının mümkün olub-olmadığını soruşub. O cavabında deyib: “Gələn ilin sentyabr ayının sonuna kimi işimə diqqət yetirməkdən başqa heç bir planım yoxdur. Bu, mənim yeganə planımdır”.

 

NATO-nun baş katibi həmçinin əmin olduğunu bildirib ki, alyans ölkələri onun yerinə layiqli namizəd tapa biləcəklər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu