Modern.az

Dünən tutulan prezidenti 20 ilədək həbs gözləyir

Dünən tutulan prezidenti 20 ilədək həbs gözləyir

Dünya

8 Dekabr 2022, 08:28

Perunun ötən gün devrilmiş eks-prezidenti Pedro Kastilyo üsyan təşkil etməkdə ittiham olunur.

 

Modern.az xəbər verir ki, bu barədə “El Comercio” qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Kastilyo polis tərəfindən saxlanılıb və bir sıra cinayətlərdə ittiham olunaraq 10 sutka müddətinə istintaq təcridxanasına yerləşdirilib.

 

İttihamlardan ən ciddisi üsyan təşkil etmək cəhddir. Peru Cinayət Məcəlləsinə əsasən, buna görə onu 10 ildən 20 ilədək həbs cəzası gözləyir.

 

Bundan başqa, keçmiş dövlət başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi pozmaqda da ittiham olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu