Belarusda amnistiya aktı qəbul edilib.
Modern.az “BELTA”ya istinadən xəbər verir ki, müvafiq qanunu ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.
Qanun Belarus Milli Birlik Günü münasibətilə qəbul edilib.
Amnistiya aktı ümumilikdə 8495 şəxsi əhatə edib. Onlardan bir qismi azadlığa buraxılıb, bəzilərinin isə cəzaları yüngülləşdirilib.
Həmçinin inzibati xətaya görə pul cəzası və cərimələr kəsilən şəxslər də akt çərçivəsində ödənişdən azad ediliblər.