Modern.az

Zelenski istəsə, müharibə sabah bitər - Peskov

Zelenski istəsə, müharibə sabah bitər - Peskov

8 Dekabr 2022, 17:48

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı müharibə ilə bağlı sualları cavablandırıb.

 

Modern.az xəbər verir ki, Peskovun müsahibəsində diqqət çəkən məqamlardan biri müharibənin nə vaxt başa çatması ilə bağlı olub. 

 

Belə ki, Rusiya rəsmisi "Ria Novosti"nin əməkdaşının sualına cavab olaraq bildirib ki, hər şey Ukrayna Prezidenti Volodimir Zelenskidən asılıdır.

 

"Zelenski müharibənin və bununla bağlı hər şeyin nə vaxt bitəcəyini bilir. Zelenski istəsə, müharibə sabah yekunlaşa bilər", - Peskov deyib.

 

Kreml sözçüsü, həmçinin vurğulayıb ki, Rusiya ordusu Xarkov və Xerson vilayətlərində Ukrayna Silahlı Qüvvələrinin azad etdiyi əraziləri geri almağa hazırlaşır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu