Modern.az

Bolqarıstan Prezidenti Türkiyəyə gəlir

Bolqarıstan Prezidenti Türkiyəyə gəlir

Dünya

8 Dekabr 2022, 23:20

Bolqarıstan Prezidenti Rumen Radev sabah Türkiyəyə işgüzar səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Səfər Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. Görüşlər zamanı Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli əlaqələr müxtəlif aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

 

Bundan əlavə, görüşlər zamanı cari, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?