Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi təmsilçisi Toivo Klaar İrəvana səfərinin nəticələri barədə məlumat verib.
Modern.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb.
"Qısa səfər idi. Amma dünən İrəvanda baş nazir Nikol Paşinyan, baş nazir müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla önəmli görüşlər keçirdim", - Klaar qeyd edib.
O, Türkiyəyə səfər edəcəyini də əlavə edib.
"İndi isə İstanbula gedirəm", - deyə diplomat bildirib.