Modern.az

Bu ölkədə deputatlar 9-cu iclasda da prezident seçə bilmədilər

Bu ölkədə deputatlar 9-cu iclasda da prezident seçə bilmədilər

9 Dekabr 2022, 09:24

Livan parlamentinin deputatları yenə də - doqquzuncu dəfə prezident seçə bilməyiblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Livan konstitusiyasına görə, namizəd 128 yerlik parlamentdə səslərin ən azı 2/3-ni, növbəti tura keçəcəyi təqdirdə isə 50% + 1 səs almalıdır.


Ötən gün keçirilən iclasda müstəqil parlamentari, 50 yaşlı Mişel Muavvad səsvermə nəticəsində 39 səs toplayıb. Daha 39 deputat boş bülleten təqdim edib, 4 bülleten isə ləğv edilib. Qalan deputatlar digər namizədlərə səs verib, ümumilikdə 105 deputat iclasda iştirak edib.


Deputat İhab Matar bildirib ki, hər görüşdə Müavvada səs verən parlamentarilər onu dəstəkləməkdə davam edirlər, lakin ümumilikdə konsensus olarsa, tələblər siyahısına tam uyğun gələn başqa bir siyasətçini dəstəkləməyə hazırdırlar.


"Bizə ciddi prezident lazımdır, islahatları həyata keçirməyə hazır, dövlətin yenidən qurulması, ərəb ölkələri ilə, regiondakı qonşularla münasibətləri bərpa etmək planı var, bu münasibətlər əvvəlki dövrdə pozulub", - deputat deyib.


Livan artıq 2014-cü ilin mayından 2016-cı ilin oktyabrına qədər prezidentin olmaması ilə oxşar vəziyyətlə üzləşib, o zaman prezident yalnız 45-dən çox parlament iclasından sonra seçilə bilmişdi.


Livan üç ildən artıqdır ki, dərin maliyyə və iqtisadi böhran içərisindədir və bu, siyasi və sosial gərginliklə müşayiət olunur. Böhran fonunda bank sistemi demək olar ki, tamamilə iflic vəziyyətinə düşüb, milli valyuta dollar qarşısında 20 dəfədən çox dəyər itirib. Nəticədə əhalinin 70%-dən çoxu yoxsulluq həddindən aşağı düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu