Rusiyalı məşhur müğənni Alla Puqaçova vətəninə qayıdacaq.
Modern.az xəbər verir ki, bu barədə “News.ru” sənətçiyə yaxın mənbələrdən məlumat əldə edib.
Bildirilib ki, o, həyat yoldaşı Maksim Qalkinlə Rusiyaya geri dönəcək.
Mənbə yazır ki, Rusiyada Puqaçovanın ölkəsinə qayıtmasına inananlar azdır, amma bu, yaxın vaxtlarda baş verəcək.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra ailəsi ilə birgə İsrailə köçən müğənni Kremlin siyasətinə yönəlik tənqidi fikirlər səsləndirməsi ilə yadda qalmışdı.