Modern.az

“Twitter”də skandal – \"Qara siyahı\" üzə çıxdı

“Twitter”də skandal – \

9 Dekabr 2022, 12:10

İlon Maskın “Twitter”ə sahiblənməsindən sonra sosial platforma ətrafındakı gərginlik davam edir.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalist Bari Veis şirkətin yürütdüyü yayım siyasəti ilə bağlı yeni faktları açıqlayıb.

 

Belə ki, istifadəçilərin yaratdığı kontentin siyasi və ideoloji motivindən asılı olmayaraq qadağalara məruz qalmayacağı barədə qaydanın elan olunmasına baxmayaraq, sosial şəbəkədə bəzi tvitlərin və bütövlükdə hesabların “qara siyahı”sının formalaşdırıldığı üzə çıxıb.

 

İddialara görə, şirkət məqsədəmüvafiq hesab etmədiyi tvitlərin görünməsini məhdudlaşdırıb, bəzi hesabların paylaşım gücünü zəiflədib.

 

 

Bildirilib ki, “Twitter”in yeni sahibi Mask bunu təsdiq etsə də, bu qərarların artıq ləğv olunduğunu və ondan əvvəlki dövrdə qəbul edildiyini qeyd edib.

 

Xatırladaq ki, İlon Mask “Twitter”i aldıqdan sonra bəzi idarəçi işçilərlə problemlər yaşamışdı və bir neçə yüksək vəzifəli əməkdaşı şirkətdən uzaqlaşdırmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu