Modern.az

Putin: “ABŞ strateji stabillik arxitekturasını dağıdıb”

Putin: “ABŞ strateji stabillik arxitekturasını dağıdıb”

9 Dekabr 2022, 12:34

“NATO-nun coğrafi ekspansiyası aqressiv şəkildə davam edir”.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bişkekdə keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində deyib.

 

Onun sözlərinə görə, daha dərin və möhkəm təhlükəsizlik sistemi, əməkdaşlıq və xarici çağırışlara cavab vermək üçün çalışmaq lazımdır:

 

“Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin sülhməramlıları BMT-nin sülhməramlı missiyalarında iştirak etməlidir”.

 

“ABŞ və onun peykləri güc faktoruna “stavka” edirlər, onlar dünyadakı strateji stabillik arxitekturasını dağıdıb. NATO-nun coğrafi ekspansiyası isə aqressiv şəkildə davam edir”, - deyə Putin bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu