Modern.az

“NATO-da bərabərik, amma…” – Ərdoğandan etiraz

“NATO-da bərabərik, amma…” – Ərdoğandan etiraz

Dünya

9 Dekabr 2022, 14:05

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizindəki adaların silahlandırılmasına etirazını bildirib.

 

Modern.az xəbər verir ki, prezident bu barədə “TRT World Forum”da çıxışı zamanı danışıb.

 

“Biz hələ “F-16” məsələsini həll edə bilməmişik. Egey dənizində, Aralıq dənizində Yunanıstanı hesabsızca dəstəkləyərək təcavüzçü və təxribatçı cəhdlərə cəsarət verənlərə “eyvallah” demədik, deməyəcəyik. NATO-da bərabərik, amma adaları silahla doldurursunuz, təyyarələrlə doldurursunuz”, - deyə Ərdoğan vurğulayıb.

 

Qeyd edək ki, 1924-cü ildə imzalanan Lozanna, eləcə də 1947-ci ildə imzalanan Paris müqavilələrinə əsasən, Yunanıstanın Egey dənizində Türkiyə sahillərinə yaxın ərazidə yerləşən adaları hərbiləşdirməsi qadağan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu