Modern.az

Rus məmurlar və Xameneinin müşavirləri “qara siyahı”ya salındı

Rus məmurlar və Xameneinin müşavirləri “qara siyahı”ya salındı

9 Dekabr 2022, 14:39

Kanada  Rusiya, İran və Myanmaya qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, sanksiyalara Ukraynaya hərbi təcavüzün əleyhinə olan rusiyalılara qarşı insan hüquqlarının sistematik pozulmasında ittiham olunan Rusiyanın 33 yüksək vəzifəli məmuru və altı təşkilatı daxil edilib.

 

Bundan əlavə, İranda 22 nəfərə, o cümlədən məhkəmə və penitensiar sistemlərin yüksək vəzifəli şəxslərinə, hüquq-mühafizə orqanlarının və dövlət mediasının bəzi xadimlərinə, həmçinin İran İslam Respublikasının ali dini lideri Əli Xameneinin müşavirləri də daxil olmaqla, siyasi dairələrin bir sıra nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.

 

Sanksiyalar siyahısına Myanmanın hərbi orqanları ilə əlaqəsi olan və hərbçilərin zorakılığına şərait yaradan 12 fiziki və üç hüquqi şəxs də daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu