Modern.az

Zelenski Ərdoğana təşəkkür etdi

Zelenski Ərdoğana təşəkkür etdi

9 Dekabr 2022, 15:28

Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Zelenski Türkiyədə keçirilən “TRT World Forum” tədbirinin iştirakçılarına videomüraciəti zamanı Türkiyənin Ukrayna məsələsindəki rolunu yüksək qiymətləndirib.

 

O, Ukrayna və Rusiya arasında əsirlərin qarşılıqlı dəyişdirilməsinə kömək etdiyinə görə Ərdoğana minnətdar olduqlarını söyləyib.

 

“Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”, - Zelenski deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu